Mail:globalkitab@gmail.com

Tel: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91

PEYGƏMBƏRİMİZİN (S.Ə.S) MÖCÜZƏLƏRİ

«Peyğəmbərimizin (s) möcüzələri» adlı kitabda göndərildikləri cəmiyyətlər üçün böyük lütf olan, insanlara doğru yolu göstərən, onların qaranlıqlardan aydınlığa çıxmalarına səbəb olan elçilərin möcüzələrindən bəhs edilir. Rəbbimiz, elçilərini inkar edənlərin və müşriklərin hilələrindan qorumaq, bəzən də insanların imanına səbəb olması üçün bir çox peyğəmbərlərinə möcüzələr lütf etmişdir. Məsələn, Hz. İbrahimi (a.s.) oda atmaq istəyən Allahı inkar edənlərin hilələri, Rəbbimizin odun Hz. İbrahimə qarşı yumşaq olmasını əmr etməsilə pozulmuşdur. Musanın (a.s.) əlindəki əsası, Fironun sehrbazlarının etdiklərini udan əjdahaya dönüb, sonra əvvəlki vəziyyətinə qayıtmışdır. Hz. İsa (a.s), Allahın iznilə ölüləri diriltmiş, xəstələrə toxunaraq onları yaxşılaşdırmışdır. Quran ayələrində, bunlardan başqa bir çox möcüzədən də xəbər verilir. Rəbbimizin böyük neməti olan bu möcüzələr insanlara təsir etmiş, möminlərin hidayətlərini (doğru yola gəlmələrini) və şövqlərini daha da ardırmış, bir çox insanın imana gəlməsinə səbəb olmuşdur. «Peyğəmbərimizin (s) möcüzələri» adlı kitabda Allahın, üstün əxlaqı, hər bir davranışı və sözüylə insanlara nümunə göndərdiyi mübarək Peyğəmbərimiz Hz.Muhəmmədin (s.a.v.) Allahın icazəsiilə həyatı boyu insanlara göstərdiyi bir çox möcüzələr qeyd edilmişdir. İlk nəşri Bakıda çap olunan «Peyğəmbərimizin (s) möcüzələri» adlı kitabın yeni nəşri Türkiyənin İstanbul şəhərində çap etdirilərək, rəsmi qaydada ölkəmizə idxal edilmişdir. Ən yüksək keyfiyyətli kağızdan istifadə edilərək çap edilən, ən gözəl cildə malik olan rəngli «Peyğəmbərimizin (s) möcüzələri» adlı kitab 276 səhifədən ibarətdir. Bütün kitablarımızı istədiyiniz ünvana çatdırırıq. 

 

 

Səhifə sayı: 276

Qiyməti: 3.15

Sifariş üçün: TEL: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91, MAİL: globalkitab@gmail.com