Mail:globalkitab@gmail.com

Tel: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91

Müsəlmanın 24 saatı

İnsanların hər gün etdikləri və üzləşdikləri hadisələr «Müsəlmanın 24 saatı» adlı kitabda Quran əxlaqına uyğun bir həyat yaşayan müsəlmanların baxış bucağından araşdırılıb təhlil edilir. Müsəlmanların hər gün baş verən müxtəlif hadisə və situasiyalar qarşısında necə davranmasının lazım gəldiyi ortaya qoyulur. «Müsəlmanın 24 saatı» kitabının məqsədi insanların Quran əxlaqı sayəsində yaşadıqları gözəl həyatı nümayiş etdirmək, bütün insanları üstün bir həyat yaşadan Quran əxlaqına dəvət edir. Əlbəttə, dünya sıxıntıdan, narahatlıqdan, qəmdən və kədərdən uzaq rahat bir şəraitdə yaşamaq yalnız Quran əxlaqını hər saat, hər an yaşamaqla mümkün olur. Möminlər Allahın Quranda bildirdiyi gözəl əxlaqı, günlərinin 24 saatını ən mükəmməl şəkildə yaşamağı özlərinə ən əsas məsələ hesab edirlər. Şərtlər və şərait nə olursa-olsun, gözəl əxlaq göstərməkdən qətiyyən yorulmurlar. Onların əxlaqı dəyişkən deyil, həmişə Allahın öyüdlərinə və əmrlərinə görədir. Rəbbimizin Quranda "Doğrudan da sən böyük bir əxlaq sahibisən!" ("Qələm" surəsi, 4) şəklində təriflədiyi Hz.Muhəmmədi (s.ə.v.) özlərinə nümunə hesab edir-lər. Dünyada hüsrandan, axirətdə isə sonsuz əzabdan xilas olmağın yeganə bir yolu var: Quran əxlaqına uyğun yaşamaq. Bu cür yaşamaq üçün «Müsəlmanın 24 saatı» kitabını alın, oxuyun, yaşayın və yayın! «Müsəlmanın 24 saatı» adlı kitabımız da başqa digər kitablarımız kimi Türkiyədə çap edilərək, rəsmi qaydada ölkəmizə idxal edilmişdir. Ən gözəl cildə malik olan «Müsəlmanın 24 saatı» kitabı 148 səhifədən ibarətdir. 

 

Səhifə sayı: 148

Qiyməti: 1.80 AZN

Sifariş üçün: TEL: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91, MAİL: globalkitab@gmail.com