Mail:globalkitab@gmail.com

Tel: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91

HƏZRƏTİ MUHAMMƏD PEYĞAMBƏR

İnsanlar, xüsusilə də gənclər müxtəlif adamları özlərinə nümunə götürür, onların hal və hərəkətlərini, danışıqlarını, üslublarını, geyim tərzlərini təqlid edir, onlar kimi olmağa çalışırlar. Ancaq bu adamların əksəriyyəti doğru yolda olmadığı kimi, gözəl əxlaqa və davranışa da malik deyillər. 
Müsəlman isə davranışında, əxlaqında bəşər üçün axırıncı peyğəmbər olaraq göndərilən, Allahın sonuncu haqq kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara nümunə etdiyi Hz.Muhəmmədə (s) oxşamağa, bənzəməyə çalışmalı və bunun üçün səy göstərməlidir. Allah bu həqiqəti bir ayədə belə buyurur: «Həqiqətən, Allahın rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!» («Əhzab» surəsi, 21). Peyğəmbərimizi (s) görməsək də, Quran ayələrindən və hədislərdən onun gözəl davranışlarını, danışıqlarını, göstərdiyi gözəl əxlaqı tanıya bilər,ona oxşamaq, axirətdə onunla yaxın dost olmaq üçün əlimizdən gələn səyi artıqlaması ilə göstərə bilərik. “Hz.Muhəmməd peyğəmbər” kitabının məqsədi Peyğəmbərimizi (s) hər tərəfli tanıtmaq, onun imanını, əxlaqını, alicənab və nəzakətli xarakterini insanlara çatdırmaqdır. “Hz.Muhəmməd peyğəmbər” kitabı da başqa bütün kitablarımız kimi Türkiyədə çap etdirilərək, rəsmi qaydada ölkəmizə idxal edilmişdir. Ən yüksək keyfiyyətli kağızdan istifadə edilərək çap edilən, ən gözəl cildə malik olan rəngli “Hz.Muhəmməd peyğəmbər” kitabı 292 səhifədən ibarətdir. 

 

Səhifə sayı: 276

Qiyməti: 3.60 AZN

Sifariş üçün: TEL: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91, MAİL: globalkitab@gmail.com