Mail:globalkitab@gmail.com

Tel: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91

MÖMİNLƏRİN ƏSL YURDU CƏNNƏT

«Möminlərin əsl yurdu - Cənnət» adlı kitabın məqsədi Allahın insanlara təqdim etdiyi və böyük nemət olaraq xəbər verdiyi cənnəti insanlara tanıtmaq, hər kəsi cənnətin malik olduğu gözəlliklərindən xəbərdar etməkdir. Məqsədimiz cənnətin axirətdə insanlar üçün hazırlanmış iki həyatdan biri olduğunu və orada insana hazırkı düşüncənin çərçivəsinə sığmayacaq qədər gözəl olan hər bir şeyin veriləcəyini bildirməkdir. Məqsəd cahil inancların əksinə olaraq cənnətin bütün nemətlərin qüsursuz yaradıldığı bir məkan olmasını xəbər vermək və insanlara orada “nəfslərinin istədiyi”, “arzuladıqları” hər şeyin təqdim ediləcəyini göstərməkdir. Cənnətdə bütün çatışmazlıq və qüsurlardan, acizliklərdən uzaq olacaqlarını, sıxıntı və dərd-qəm çəkməyəcəklərini, heç vaxt peşman olmayacaqlarını bil¬dirməkdir. Məqsəd cənnətdə indiyə qədər insanların gözünə görünən, insanlara bəlli olan hər cür gözəlliyin və nemətin daha üstününün mövcud olmasını, bununla yanaşı Allahdan bir ehsan olaraq hələ tanınmayan, görünməyən nemətlərin də orada hazır olmasını və bunların ancaq Allahın razı olduğu insanlara təqdim edildiyini xəbər verməkdir. 
«Möminlərin əsl yurdu - Cənnət» kitabında cənnətlə bağlı bütün məlumatlar Qurani-Kərimin ayələri əsas götürülərək izah edilir. 
Allahın Quranda cənnət haqqında bildirdiyi məlumatlardan ibarət olan «Möminlərin əsl yurdu - Cənnət» kitabı da başqa bütün kitablarımız kimi Türkiyədə çap etdirilərək, rəsmi qaydada ölkəmizə idxal edilmişdir. Ən gözəl cildə malik olan «Möminlərin əsl yurdu - Cənnət» kitabı 96 səhifədən ibarətdir. 

 

Səhifə sayı: 96

Qiyməti: 1.50 AZN

Sifariş üçün: TEL: +994 (55) 381 61 91 / +994 (77) 381 61 91, MAİL: globalkitab@gmail.com